Menu

Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında təlimlər keçirlər

09.03.2020, 18:51
Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında təlimlər keçirlər

Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan Silahlı Qüvvələri qoşunların qarşıdurma xəttinin Ağdam istiqamətində iri miqyaslı hərbi təlimlər keçirir. Təlimlər Ağdamın işğal altında olan Uzundərə adlanan ərazisinə aparılır.

Təlim zamanı ağır artilleriya qurğularından istifadə olunur. Atəş səsləri rayonun bütün yaşayış məntəqələrindən eşidilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol