Menu

"Devalvasiya olmayacaq" - Zahid Oruc

09.03.2020, 17:45
"Devalvasiya olmayacaq" - Zahid Oruc

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc dünya bazarında neftin kəskin ucuzlaşmasının yarada biləcəyi təsirləri şərh edib. O, bildirib ki, qiyməti qismən yüksək səviyyədə saxlamaq mümkün deyildi: «İstər ABŞ-da, istər Yaxın Şərq ölkələrində neftin hasil olmasının maya dəyəri fərqlidir. Hesab edirəm ki, neftin qiymətinin belə düşməsi siyasi qərarın nəticəsidir. Çox az müddət sonra real iqtisadi tələblər siyasi konyunkturanı üstələyəcək, yenidən sabit və qərarlaşmış rəqəmləri görəcəyik».

Mərkəz rəhbəri «Turan» agentliyinə deyib ki, Azərbaycan 2019-cu ildə öz neftini büdcədə müəyyən edilmiş qiymətdən xeyli baha sata bilib və xeyli əlavə ehtiyatlar yaradıb. Onun fikrincə, belə olan təqdirdə kəskin düşüş valyuta ehtiyatlarını eyni sıçrayışla azalda bilməyəcək:

«Əksinə, təhlükəsizlik yastığı mövcuddur və bu imkan verəcək ki, hökumət iqtisadi-maliyyə siyasətini sabit şəkildə idarə edə bilsin. Bununla da neftin qiymətinin düşməsi manatın mövqeyinə təsir edə bilməyəcək və devalvasiya olmayacaq».

Z.Orucun deməsinə görə, hökumət bu prosesləri proqnozlaşdırırdı, hər cür ssenariyə hazırlıq var və bununla bağlı real planlar, proqramlar mövcuddur.

Onun fikrincə, virtual aləmdə müəyyən qüvvələr iqtisadi sabitliyin pozulacağı ilə bağlı əhaliyə təsir göstərmək yönündə fəaliyyət həyata keçirilər: «Amma əminəm ki, hökumət ictimaiyyəti baş verənlərin ölkənin valyuta imkanlarına təsir etməyəcəyinə inandıraraq bu mərhələni uğurla keçəcək».

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan büdcəsində neftin bir barreli 55 dollardan götürülüb.

Şərhlər

t.ədalət 2020-03-10 00:35:31

Devalvasiya dünya ölkələrinin hamısında olacaq.Xüsusilə,virusun yaratdığı narahatlıq ölkələrin iqtisadiyyatına ciddi ziyan vuracaq.ermənistanı və özünü çətinliklərdən çıxarmağa çalışan Rusiya MDB məkanındakı mnüti ölkələrə köhnə silahlarını zorla sırıyacaq.Nəticədə iqtisadiyyatda ciddi düşüş olacaq.

Vətəndaş 2020-03-09 19:41:17

Yüz milyadlarla gəliri olan ölkədə devalvasiya olsa da əvvəlkilər kimi süni olacaq. Əslində bu qədər gəliri olan ölkənin elə bir ehtiyyat fondu olmalıdır ki milli manat keyfiyyətini itirməli deyil. Talançılar milyardları millətə xalqa atıblar, indi də yəqin ki çalışıb süni devalvasiyalarla manatın qiymətini öldürüb az xərclə bağlamaq istəyəcəklər. Yəni SSRİ dağılana yaxın 20000 rubl ssuda verirdilər. 20000-ə kənd yerində böyük bir ev tikmək olurdu. Götürənlər axırda SSRİ dağılandan sonra 2 şirvan ödədilər. Bu bir təbii proses idi. Ancaq bizi talayanlar süni yolla çalışacaqlar bunu etməyə. Yəni bir neçə miyon dollar dəyişib yüz milyonları bağlayacaqlar. Ancaq nə vaxtsa milyardların atıldığı kursla ola bilər ki oğrulardan soruşan olar? Yeni devalvasiya kasıb əhaliyə qarşı yeni bir xəyanət olacaq. Yoxsul ehtiyac içində yaşayan təbəqə daha da yoxsullaşıb dilənçi halına düşəcək. Və bunun da fəsadları ölkəmiz xalqımız üçün çox acınacaqlı ola bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol