Menu

Milli Məclisin yeni sədri kimdir? - TƏRCÜMEYİ-HAL

10.03.2020, 09:45
Milli Məclisin yeni sədri kimdir? - TƏRCÜMEYİ-HAL

Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin sədri vəzifəsinə namizədliyini irəli sürdüyü Sahibə Qafarova 1955-ci ildə anadan olub.

“Report” xəbər verir ki, S.Qafarova M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.

1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır. 2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.

Sahibə Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur.

Azərbaycan alimi, filologiya elmləri doktoru, professordur.

Şərhlər

t.ədalət 2020-03-10 10:25:28

....Türkiyə Çanaqqalada zəfər qazanan zaman parlamentinin əksəriyyəti döyüş yolu keçən zabitlər idi.Sual olunure,əgər biz Vətənin düşmənlərdən azad olunmasına belə laqeydiksə,onda cəbhə xəttində niyə əsgərlərimizin şəhid olmasına imkan veririk?...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol