Şimali Kipr Türk Respublikasında (ŞKTR) koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, virusa yoluxmuş şəxs almaniyalı qadın turistdir.
Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. Şimali Kiprin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb, Bakıda Şimali Kiprin rəsmi təmsilçiliyi fəaliyyət göstərir.


Şərhlər