Menu

ABŞ-ın kəşfiyyat təyyarələri Suriyada Rusiya bazaları üzərində uçub

11.03.2020, 00:25
ABŞ-ın kəşfiyyat təyyarələri Suriyada Rusiya bazaları üzərində uçub

Amerika Birləşmiş Ştatları Hərbi-Hava Qüvvələrinin (ABŞ HHQ) 2 təyyarəsi növbə ilə Suriya sahillərində yerləşən Xmeymim aviabazası və Hərbi-Dəniz Qüvvələrinin (HDQ) Tartus limanındakı material-texniki təminat baxası üzərində uzunmüddətli kəşfiyyat uçuşu edib.

Rusiya KİV-nin məlumatına görə, ilk olaraq Suriya və Livan sahəllərində ABŞ HHQ-nin RS-135W radioelektron kəşfiyyat təyyarəsi qeydə alınıb. O, Krit adasındakı Suda-Bey aviabazasından havaya qalxaraq, 10 min metr hündürlükdə uçub və Rusiya bazalarına təxminən 50-60 km. yaxınlaşıb.

Ardınca Rusiya bazalarına doğru ABŞ HDQ-nin P-8A Paseydon patrul sualtı qayıq əleyhinə təyyarəsi uçub. O, Siciliyadakı Siqonella aviabazasından havaya qalxıb. Həmin hava gəmisi Suriya sahlləri yaxıqlığında 1,5 saatdan artıq dörə vurub.

ABŞ təyyarələrinin uçuşları ABŞ HDQ-nin aviadaşıyıcı zərbə qrupunun Şərqi Aralıq dənizinə girişi fonunda həyata keçirilib. Zərbə qrupuna USS Eisenhower (CVN 69) atom aviadaşıyıcısı başçılıq edir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol