Menu

Türkmənbaşı İlham Əliyevlə danışıqlara gəlir

11.03.2020, 09:59
Türkmənbaşı İlham Əliyevlə danışıqlara gəlir

Martın 11-də Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər edəcək. Virtualaz.org bildirir ki, bu barədə "Türkmənistan: qızıl əsr” saytı məlumat yayıb.

Məlumatda deyilir: “Bakıdakı indiki görüş zamanı prezidentlər Qurbanqulu Berdıməhəmmədov və İlham Əliyev Türkmənistan-Azərbaycan münasibətlərinin əsas aspektləri, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq siyasət məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar. ... Danışıqlar zamanı ticarət və iqtisadi əlaqələrin intensivləşməsinə və şaxələndirilməsinə böyük diqqət yetiriləcək.

Qarşılıqlı fəaliyyətin yeni sahələrinin müəyyənləşdirilməsində və işgüzar əlaqələrin genişləndirilməsində Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Türkmənistan-Azərbaycan Komissiyasına, habelə biznes strukturlarına əhəmiyyətli rol verilir.

Hər iki tərəf üçün vacib bir mövzu, Xəzərin hüquqi statusu haqqında 2018-ci ilin avqustunda qəbul edilmiş Konvensiyanı nəzərə alaraq, Xəzəryanı ölkələrin beştərəfli əməkdaşlığı üçün uyğun bir hüquqi bazanın yaradılmasıdır”.

Ən yüksək səviyyədə keçiriləcək Azərbaycan-Türkmənistan danışıqlarından sonra ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol