Menu

Fəttah Heydərov MM-in Hesablayıcı komissiyasının sədri seçilib

11.03.2020, 15:39
Fəttah Heydərov MM-in Hesablayıcı komissiyasının sədri seçilib

Milli Məclisin Hesablayıcı komissiyasının sədri məlum olub.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu APA-ya açıqlamasında deyib ki, Hesablayıcı komissiyanın bu gün keçirilən iclasında Fəttah Heydərov komissiyanın sədri seçilib.

Mixail Zabelin isə Hesablayıcı Komissiyanın katibi olub.

Qeyd edək ki, Hesablayıcı komissiya MM-in dünən yeni tərkibdə keçirilən ilk iclasında formalaşdırılıb. Komissiyaya Elnur Allahverdiyev, Rauf Əliyev, Emin Hacıyev, Fəttah Heydərov, Sevinc Hüseynova, Sədaqət Vəliyeva və Mixail Zabelin daxildir.

Şərhlər

Adil 2020-03-11 18:28:17

Fettah ? Yene secilib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol