Menu

Berlində kütləvi toplaşmaq qadağan olundu

11.03.2020, 16:38
Berlində kütləvi toplaşmaq qadağan olundu

Almaniyanın paytaxtı Berlində 1000 nəfərdən çox şəxsin iştirakı ilə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Trend-in məlumatına görə, bunu Berlinin səhiyyə məsələləri üzrə senatoru Dilek Kalaycı deyib.

O bildirib ki, bu qərar virusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Qeyd olunur ki, kütləvi toplaşma qadağası gələn ayın əvvəlinədək qüvvədə olacaq.

Bu günədək Almaniyada 1 622 yoluxma faktı təsdiqlənib, 3 nəfər isə virusun qurbanı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol