Menu

Pənah Hüseyn parlament müxalifəti haqda

11.03.2020, 17:37
Pənah Hüseyn parlament müxalifəti haqda

Müxalifət partiyasının təmsilçisi deputat Fəzail İbrahimlinin Milli Məclisə vitse-spiker seçilməsi bir çox dairələrdə fərqli yanaşma kimi qəbul olunur.

Maraqlıdır, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olan Fəzail İbrahimlinin vitse-spiker kimi fəaliyyət göstərməsi müxalifətə nə verə bilər?

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Modern.az-a açıqlamasında müxalifət nümayəndəsinin vitse-spiker postunu tutmasına münasibət bildirib.

O qeyd edib ki, müxalifətçinin seçilməsi prinsipcə müsbət haldır:

“Fəzail İbrahimli savadlı tarixçidir, alimdir. Prinsipcə Fəzail İbrahimlinin vitse-spiker təyin olunmasının müsbət tərəfi var. Bu da presedentin yaradılmasıdır. Biz müxalifət nümayəndələri olaraq neçə illər idi ki, bu məsələni irəli sürürdük. Hesab edirəm ki, ümumilikdə Milli Məclisdə vitse-spiker olaraq kim olur-olsun, müaxlifət adına hər halda bir presedentdir”.

Şərhlər

t.ədalət 2020-03-12 01:28:50

Vətəndaş həmrəyliyi partiyası nə vaxtdan müxalifət hesab olunur?

kələntər 2020-03-11 19:24:46

Fəzail Sabirin müavini və sağ əlidir, Sabir də ki Bəylərlə Ziyanın qohumudur.Bunların harası müxalifət oldu?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol