Menu

Yunanıstan Türkiyə ilə sərhəddə ikinci müdafiə xətti qurur - Miqrantlara qarşı

12.03.2020, 00:11
Yunanıstan Türkiyə ilə sərhəddə ikinci müdafiə xətti qurur - Miqrantlara qarşı

Yunanıstan hərbçiləri Türkiyə ərazisindən gələn qaçqınları dayandırmaq məqsədilə sərhəddə xəndək qazırlar. Bununla da Meriç sərhəd çayı rayonunda, tikanlı məftillərin çəkilmiş olduğu «çəpər xətti»nin arxasında ikinci «müdafiə xətti» yaradılır. Bu barədə martın 11-də Türkiyənin «Anadolu» dövlət informasiya agentliyi xəbər verib.

Agentliyin məlumatına görə, Yunanıstan sərhədçiləri qeyri-leqal miqrantları dayandırmaq üçün gözyaşardıcı qazdan, «suatan»lardan, rezin güllələrdən və hətta döyüş güllələrindən də istifadə edirlər.

Ardınca, təsdiqlənir ki, son günllər sərhəddə yunanlar tərəfindən bir neçə qaçqın öldürülüb. Bütün bunlara baxmayaraq, Avropa Birliyi utanmadan Yunanıstanı «çağdaş sivilizasiyanın beşiyi» adlandırır.

Avropa İttifaqı ölkələri Xarici İşlər Nazirliklərinin başçıları Zaqrebdəki iclasıın yekunları barədə səsləndirdikləri bəyanatda yenidən Türkiyəni miqrasiya sazişi çərçivəsində (2016-cı il) öz öhdəliklərinə tam halında əməl etməyə çağırıblar. Qeyd ediblər ki, miqrantlardan siyasi təzyiq aləti kimi istifadə etmək yolverilməzdir.

Fəqət, avropalı çoxüzlü siyasətçilər elə həmin sazişlə nəzərdə tutulmuş öz öhdəliklərinə hələ də tam əməl etməyiblər. Belə ki, Türkiyə tərəfinin bəyan etdiyi kimi, bu ölkənin hakimiyyəti qaçqınlara indiyə qədər 40 milyarddan artıq vəsait xərclədiyi halda, Avropa İttifaqı Türkiyəyə vəd etdiyi 6 milyardı belə tam ödəməyib. Odur ki, Türkiyə tərəfi haqlı olaraq, Brüsselin mövqeyini "riyakar" adlandırıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol