Menu

İtaliya Çindən kömək istədi - Koronavirusla mübarizə üçün

12.03.2020, 00:28
İtaliya Çindən kömək istədi - Koronavirusla mübarizə üçün

İtaliyanın xarici işlər naziri Luici Di Mayo çinli həmkarı Van İyə müraciət edərək, COVİD-19 koronavirusu ilə mübarizədə kömək istəyib. Bu Avropa ölkəsində tibbi vasitələr və avadanlıqlar çatışmır. Bu barədə «Sinxua» informasiya agentliyi xəbər verib.

Nazirlər arasında telefon danışığı İtaliya tərəfin təşəbbüsü ilə baş tutub. Di Mayonun sözlərinə görə, İtaliyada koronavirusla bağlı cari vəziyyət olduqca mürəkkəbdir, İtaliya hökuməti epidemiyaya qarşı Çinin uğurlu təcrübəsini diqqətlə izləyir.

«İtaliya tibbi vasitələrin, avadanlıqların defisiti və digər problemlərlə üzləşib. Ümid edirik ki, Çin belə fövqəladə vəziyyətdə kömək göstərəcək. İtaliyda yaşayan çinli emiqrantlar və etnik çinilər epidemiya ilə mübarizədə fəal rol oynayırlar və İtaliya bütün gücünü toplayaraq, onların sağlamlığı və təhlükəsizliyi təmin etməyə çalışır» - deyə, İtaliyalı nazir qeyd edib.

Van İ bir daha həmkarına başsağlığı və dəstək verib. O, kömək vəd edib: «Baxmayaraq ki, hazırkı halda Çin hələ də özü tibbi vasitələrə ciddi ehtiyac hiss edir, biz, bütün çətinliklərə üstün gələrək, İtaliya üçün maska və digər tibbi vasitələr ayıracağıq. Həm də İtaliyanın ciddi şəkildə ehtiyac duyduğu materialların tədarükünü artıracağıq…».

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol