Sosial şəbəkələrdə Ermənistan ordusunun generalı, Xocalı soyqırımının iştirakçısı Vitali Balasanyanın əcənəbi jurnalistə özü və əsgərlərinin azərbaycanlıları necə öldürdüklərini danışması ilə bağlı sensasiyalı video yayılıb.
"AzPolitika" "Axar.az"a istinadla xəbər verir ki, arxiv yazısında Balasanyan əsgərlərinin Xocalı qırğınından sağ qalanları uçuruma doğru necə apardıqlarını və oradan necə atdıqlarını danışıb.
Qeyd edək ki, bu erməni general silahsız xocalılara atəş açmaq əmrini verməsi, hətta şəxsən özünün də bu gülləbaranda iştirak etməsi barədə bir neçə dəfə etiraf edib.
Mətbuat konfranslarından birində general Balasanyan Xocalıda törətdiyi cinayətləri boynuna alır:
“Həmin hadisələrin təşkilatçısı və icraçılarından biri mən olmuşam. İnsanlara güllə də atmışam. O vaxt bununla bağlı təhqiqat işi də açılmışdı. Xüsusi qrup da gəlmişdi”.

Şərhlər
ISRAIL hokumeti olsaydi indi MOSSAD o serefsizin bir yerinden kesib basqa bir yerine yamamisdilar!Qulagimiz eside-eside gozumuz gore-gore her seyi ozude birinci defe deyil ha done-done deyib! Baglaya bilmirler agzini? Isteseler 1X1 ederler Ona DUX lazimdir DUX! Oda kasib kusubdadi onudaki qoymurlar! Bu gunku menzere cox acinacaqlidi!Sozle deyilesi deyil!Allah axirini xeyire calasin!AMIN!
Xalqımıza qarşı belə böyük bir qətliamı unutdurmağa çalışanlar yenidən başımıza müsibətlər gətirmək üçün "sülh proqramı.Nə yaxşı ki içimizdəki ermənilərin bu oyunu baş tutmadı.İndi həmin "ermən uşaqları" qoy balasanyanları oxuyub dəhşətli hadisənin şahidi olsunlar..i
bu videoya kim baxıb həzz alırsa, vecinə almırsa həmin adam ya ruhi xəstədir ya da əsl ermənidir!