Menu

Ermənilər Azərbaycan Ordusunun Naxçıvandakı mövqelərini atəşə tutub

12.03.2020, 16:56
Ermənilər Azərbaycan Ordusunun Naxçıvandakı mövqelərini atəşə tutub

Martın 12-i səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub.

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, əsasən düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb.

Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab tədbirləri görülür və atəşkəs rejiminin pozulmasının fəsadları araşdırılır.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Şərhlər

t.ədalət 2020-03-12 23:00:42

Rusiyanın Suriyada "oxu daşa dəyəndən" sonra ərazilərimizin "ermənbilər" tərəfindən atəşə tutulması artıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol