Menu

“Neftin bugünkü qiyməti Azərbaycan iqtisadiyyatı üçün təhlükəli deyil" - Elman Rüstəmov

12.03.2020, 19:33
“Neftin bugünkü qiyməti Azərbaycan iqtisadiyyatı üçün təhlükəli deyil" - Elman Rüstəmov

“Azərbaycan iqtisadiyyatı neftin ucuzlaşmasına kifayət qədər dayanıqlıdır”.

“Report” xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

“2015-ci ildən sonra ölkədə bir sıra tədbirlər görülüb, iqtisadiyyat neftin yeni qiymətləri üzərində tarazlaşdırılıb. Həm sosial-iqtisadi inkişaf proqnozlarında, həm də dövlət büdcəsində neftin qiyməti azaldılıb. 2015-ci ildə həmin qiymət 90 ABŞ dolları götürülmüşdü, 2020-ci ildə isə 55 ABŞ dollarına endirilib. Bundan başqa, büdcə qaydalara qəbul olunub, Azərbaycan manatının məzənnəsi 1 ABŞ dolları 1,7 manata bərabər olmaqla sabitləşdirilib, 2018-2019-cu illərdə milli valyutanın ucuzlaşması deyil, bahalaşması ilə bağlı təzyiqlər baş verib. Bu illər ərzində valyuta ehtiyatları yaradılıb”, - o qeyd edib.

“Əlbəttə, neftin 55 dollarlıq qiyməti kifayət qədər yüksəkdir, ölkədə sosial-iqtisadi inkişaf proqramları reallaşdırmağa, iqtisadi inkişafa dəstək verməyə, iqtisadiyyatı sabit saxlamağa imkan verir. Xüsusilə ötən il Azərbaycanda böyük sosial paketlər reallaşdırılıb. Bu gün neft ucuzlaşsa da, hesab edirəm ki, qiymət Azərbaycan üçün təhlükəli deyil. Üstəlik, ölkənin valyuta ehtiyatları var ki, bu da illik ümumi daxili məhsula (ÜDM) nisbətdə 110%-ə bərabərdir. Xarici dövlət borcumuzun isə ÜDM-ə nisbəti əvvəlki illərlə müqayisədə xeyli aşağıdır. Bütün bunlar bizə indiki vəziyyətə nikbin baxmağa imkan verir.

Əgər neftin ucuzlaşması qısamüddətli olsa, Azərbaycan bundan cüzi itki ilə çıxacaq. Çünki ilin əvvəlindən bəri orta qiymət 58 ABŞ dolları olub. Neftin qiyməti 40-50 və yaxud 30-40 ABŞ dolları arasında qərarlaşsa belə, Azərbaycan iqtisadiyyatında kifayət qədər makro iqtisadi dayanıqlılıq var və maliyyə sabitliyi təmin edilə bilər”, - AMB sədri əlavə edib.

Şərhlər

vuqar 2020-03-12 23:52:04

BuC kecen defeki devalvasiya onceside bele proqnozlar verirdi .Camaatin basinin altina yastiq qoydu SONUCDA belli!DOLLAR bahalasdi ozu ise bir gecede 800 mln $ varlandi ! Bunin GURCUSTANDA cox boyuk BIZNESI var! HOKUMETDE bilir teessufki tedbir gorulmur! ALLAH BILEN MESLEHETDI!

Xudaverdi 2020-03-12 23:25:17

Elman muellim xahis edirem sen munasibet bildirme. Kecndefe sen qalxmayacaq dedin mende sene inandim birde aydim ki banktot olmusam!

vətəndaş 2020-03-12 21:57:25

Yüz milyadlarla gəliri olan ölkədə devalvasiya olsa da əvvəlkilər kimi süni olacaq. Əslində bu qədər gəliri olan ölkənin elə bir ehtiyyat fondu olmalıdır ki milli manat keyfiyyətini itirməli deyil. Talançılar milyardları millətə xalqa atıblar, indi də yəqin ki çalışıb süni devalvasiyalarla manatın qiymətini öldürüb az xərclə bağlamaq istəyəcəklər. Yəni SSRİ dağılana yaxın 20000 rubl ssuda verirdilər. 20000-ə kənd yerində böyük bir ev tikmək olurdu. Götürənlər axırda SSRİ dağılandan sonra 2 şirvan ödədilər. Bu bir təbii proses idi. Ancaq bizi talayanlar süni yolla çalışacaqlar bunu etməyə. Yəni bir neçə miyon dollar dəyişib yüz milyonları bağlayacaqlar. Ancaq nə vaxtsa milyardların atıldığı kursla ola bilər ki oğrulardan soruşan olar? Yeni devalvasiya kasıb əhaliyə qarşı yeni bir xəyanət olacaq. Yoxsul ehtiyac içində yaşayan təbəqə daha da yoxsullaşıb dilənçi halına düşəcək. Və bunun da fəsadları ölkəmiz xalqımız üçün çox acınacaqlı ola bilər. (Xahiş edirəm bu yazını burada da və tez verin)

sual 2020-03-12 21:47:13

Cəsarətli proznozdur cənab sədr.....neftin 30 doll. səviyyəsində olmasının 2015-2016-cı illərdə olan acı təcrübəsi var....ABB amili olmasa belə..... ilin sonuna Neft fondunun gəlirləri ilə xərcləri arasında yarana biləcək kəsrlə əlaqəli vəsaitlərinin azalması amili var; neft sektorundan büdcəyə daxilolmaların kəskin azalması amili var. 2021-ci ildə bu itkilər necə kompensasiya olacaq, əgər neftin qiyməti elə 30 doll. səviyyəsində qalarsa??? İndiki halda 3 variant var (hər üçüdə pis): ya makroiqtisadi/makro maliyyə sabitliyinin (daha konkret məzənnənin sabitliyinin qorunması), bu halda iqtisadi tənəzzül və iqtisadiyatda işsizliyin artımı baş verir; ya makroiqtisadi və makromaliyyə sabitliyinin pozulması (manatın əsaslı və ya mərhələli devalvasiyası), bu halda daha dərin iqtisadi tənəzzül baş verir; ya da neft fondunun vəsaitlərindən istifadənin genişlənməsi (2008-ci il təcrübəsi),bu halda makroiqtisadi sabitlik və simvolik iqtisadi artımın bərpa olunur, lakin neft fondunun vəsaitlərinin azalması meyli müəyyənləşir. İqtisadiyyata əsaslı islahatlar lazımdır.........işgüzar mühitin (investisiya mühitinin) yaxşılaşdırılması, antiinhisar siyasətinin qəbulu, qeyd-şərtsiz mülkiyyət hüququna təminat (!!!), məhkəmə islahatları, idarəetmənin liberallaşdırılması və dövlətin iqtisadiyyata müdaxilə səviyyəsinin minimumlaşdırılması, fiskal siyasətin (istər büdcə xərcləri, istərsədə vergiyə cəlb olunma sisteminin, Maliyyə nazirliyinin sərbəst vəsaitləri idarə etmə sisteminin, mövcud büdcə qaydalarının) təkmilləşdirilməsi; monetar siyasətin iqtisadi inkişafda aparıcı rolunun bərpası (bu məqsədlə tələb olunan islahatların aparılması) və s., və s.....

Adil 2020-03-12 20:20:37

Hemshe bele deyir ) sorada $ qalxir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol