Menu

Türkiyə Suriyada yeni güclü zərbəyə hazırdır - Ərdoğan

12.03.2020, 21:02
Türkiyə Suriyada yeni güclü zərbəyə hazırdır - Ərdoğan


Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Suriyanın İdlibdəki «səssizlik rejimi»ni pozacğı halda Türkiyə tərəfi güclü cavab zərbəsi endirməyə hazırdır.

«Biz, rejimi və onu dəstəkləyən hərbçilərin atəşkəs xəttindəki davanışını diqqətlə izləyirik. Əgər onlar öz sözlərinə əməl etməsələr, o zaman biz, ötən dəfəkindən də güclü cavab verəcəyik» - deyə, NTV kanalı prezidentdən sitat gətirir.

Xatırladaq ki, Ankara İdlibdə «Bahar qalxanı» əməliyyatı həyata keçirir. Martın 5-də Türkiyə və Rusiya liderləri hərbi fəaliyyət iqtirakçıları arasında atəşin dayandırılması barədə razılığa gəliblər. Razılaşma martın 6-dan qüvvəyə minib.

AzPolitika.info

Şərhlər

t.ədalət 2020-03-13 00:57:11

Türkün o qüdrətini,gücünü biz də Qarabağda gözləyirik,çiçəklər baharı gözləyən kimi!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol