Menu

Dünya şöhrətli ABŞ aktyoru Avstraliyada koronovirusa yoluxdu - FOTO

12.03.2020, 23:24
Dünya şöhrətli ABŞ aktyoru Avstraliyada koronovirusa yoluxdu - FOTO

Məşhur ABŞ aktyoru Tom Hanks sosial media hesablarından verdiyi açıqlamada, həyat yoldaşı Rita Uilsonla birlikdə Avstraliyada koronavirus xəstəliyinə tutulduğunu açıqlayıb.

CNN Türk xəbər verir ki, bu haqda o öz Tvitter hesabında məlumat yayıb.

İki Oskar mükafatçısı Tom Hanks həyat yoldaşı Rita Uilsonla birlikdə Avstraliyaya çəkiliş üçün getdiklərini, orada özlərini narahat hiss etdiklərini və analizlərdən sonra yeni növ koronavirusa (Covid-19) yaxalandıqlarının məlum olduğunu qeyd edib.

Hanks gedən proseslə bağlı hər kəsə məlumat verəcəklərini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol