Menu

Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq

13.03.2020, 10:31
Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq

“Görkəmli bəstəkar Müslüm Maqomayevin heykəlini hazırlamaq mənə tapşırılıb".

Bunu “Report”a açıqlamasında Xalq rəssamı, heykəltəraş Ömər Eldarov deyib.

Onun sözlərinə görə, M. Maqomayevin abidəsi Dənizkənarı Milli Park ərazisində ucaldılacaq:

"Mənə heykəlin nə zamana bitirməli olduğum barədə hələ bir söz deyilməyib. Amma tuncdan töküləcəyi barədə məlumatım var. Heykəlin hündürlüyü 2,5 metr olacaq".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Şərhlər

t.ədalət 2020-03-13 12:29:36

M.Maqomayevin heykəli keçmiş "26-lar" parkında ucaldılsa yaxşı olar.Müslüm Rusiyada yaşasa da,həmişə Azərbaycan vətəndaşı idi.Böyük sənətkar,böyük azərbaycanlı Müslümü Dənizkənarı parkda "buxovlamaq" yox,şəhərin ən görkəmli yerində məskunlaşdırmaq lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol