Menu

Oğlunu öldürən ata həbs edilib

13.03.2020, 11:37
Oğlunu öldürən ata həbs edilib

Ağcabədidə qətl törədən şəxs həbs edilib.

Ağcabədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, fevralın 11-də rayonun Təzəkənd kənd sakini Tural Cəfərovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı zərərçəkmişin atası Valeh Cəfərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

V.Cəfərova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol