“Bu gün yalandan bir ajiotaj yaradırlar. Neftin qiymətinin düşməsi və digər tədbirlərlə əlaqədar dövlət lazımi addımları atır”.
“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, əsasən xaricdə olan mətbuat orqanları bu məsələləri şişirdillər: “Az qalırlar ki, dursunlar oynasınlar. Bu gün neftin gəlirlərindən dövlət tərəfindən çox böyük işlər görülür. Hesab edirəm ki, mütəxəssislər televizyaya çıxıb insanlara deməlidir ki, həmin ajiotajlara inanmasınlar. Bu məsələdə insanlarımız narahat olmasınlar. Dövlət və dövlət başçısı insanların yanındadır”.


Şərhlər
Beli )))
Bu nə demək istədiyini görəsən özü anlayır?....
30 il də deputat ol hər şey zor olacaq
Bu və bunun kimilər məncə danışmasa yaxşıdı.Öz partiyasın reytinqi əlehinə iləyir bunların hər birinin danışığı.Çağırın televiziya debatınızı aparın Xalq sizdən daha ağıllıdı kimin haqlı kimin haqsız olduğunu qoy O təyin etsin.