Menu

"Belə hallar hesabat hazırlayan ölkələrdə baş verir" - DİN-dən Dövlət Departamentinə cavab

13.03.2020, 13:57
"Belə hallar hesabat hazırlayan ölkələrdə baş verir" - DİN-dən Dövlət Departamentinə cavab

"ABŞ Dövlət Departamentinin hesabatında deyilənlər reallığı əks etdirmir, əksinə, hesabatı hazırlayan ölkənin özündə bənzər hallar baş verir".

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycanla bağlı yer alan tənqidlərə münasibət bildirərkən deyib. “Bu gün Azərbaycan hüquq-mühafizə orqanlarının, o cümlədən daxili işlər orqanlarının ölkədə cinayətkarlığa qarşı apardığı mübarizə, ictimai asayişin, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində həyata keçirdiyi təcrübə qanunvericliyə uyğundur. Kimlərinsə təzyiqə məruz qalması, polis zorakılığı haqda deyilənlər Azərbaycanda deyil, bu cür ittihamları Azərbaycan polisinin ünvanına səsləndirən həmin dövlətlərdə baş verir”, - deyə o "Azadlıq" radiosuna açıqlamasında vurğulayıb.

Ehsan Zahidov cinayət törətməkdə şübhəli bilinən şəxslərin saxlandığı yerlərə beynəlxalq və yerli hüquq müdafiə qurumları tərəfindən baxış keçirildiyini, monitorinqlər aparıldığını, onlara bu iddialarla bağlı heç vaxt irad bildirilmədiyini söyləyib.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin insan haqlarına dair illik hesabatında Azərbaycanda saxlananlara və məhbuslara qarşı işgəncələrdən istifadə eildiyi iddia olunur. 

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol