Menu

Koronavirusdan ölənlərin sayı 5 000-i ötdü

13.03.2020, 15:27
Koronavirusdan ölənlərin sayı 5 000-i ötdü

Dünyada koronavirus pandemiyasından ölənlərin sayı 5 080 nəfərə çatıb.

“Report” xəbər verir ki, infeksiya indiyədək 129 ölkədə qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 137 674-ə çatıb. Bunların 70 437 nəfəri sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol