Menu

Çexiyaya giriş-çıxışa qadağa qoyuldu

13.03.2020, 16:46
Çexiyaya giriş-çıxışa qadağa qoyuldu

Çexiya hökuməti koronavirusla mübarizəni daha da gücləndirib.

“Report” BBC-yə istinadən xəbər verir ki, Çexiya rəhbərliyi ölkəyə giriş-çıxışı bağlayıb.

Məlumata görə, hökumət xarici vətəndaşların (daimi yaşamaq icazəsi olanlar istisna olmaqla) ölkəyə girişini qadağan etməklə yanaşı, yerli sakinlər də ölkəni tərk edə bilməyəcək.

Qeyd edək ki, Çexiyada koronavirusa yoluxanların sayı 117 nəfərdir. Virusdan ölüm hadisəsi olmasa da, sağalanlar da qeydə alınmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol