“ÖLKƏDƏ FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLSİN” – “Manatla bağlı söz vermək yox, qanun qəbul etmək lazımdır”

“Azərbaycan Respublikası hüquqi dövlətdir və bizdə vətəndaşların hüquq və azadlıqları Konstitusiya və digər qanunlarla qorunur. Onların məhdudlaşdırılması zamanı Nazirlər Kabineti konkret hüquq normalarına istinad etməlidir”.

“AzPolitika.info” xəbər verir ki, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Nazirlər Kabinetinin koronavirus təhlükəsilə bağlı verdiyi qərarları qiymətləndirərkən deyib.

Partiya sədri təklif edib ki, ölkədə fövqəladə vəziyyət elan olunsun. “Təklif edirəm ki, ölkədə fövqəladə vəziyyət elan edilsin. Artıq İspaniyada və ABŞ-da bu məqsədlə fövqəladə vəziyyət elan olunub. Ölkədə karantin elan olunması, vətəndaşların hüquqlarının məhdudlaşdırılması üçün "Fövqəladə vəziyyət haqqında" Qanunun 8-ci maddəsinə istinad olunmalıdır. Düşünürəm ki, fövqəladə vəziyyətin elan olunması həm də bank-maliyyə sektorunda sabitliyi təmin etmək üçün zəruridir. Çünki bu zaman maliyyə-iqtisadi fəaliyyyətin həyata keçirilməsi "Fövqəladə vəziyyət haqqında" Qanunun 8-ci maddəsinə istinad olunmaqla mədudlaşdırılmalı, gündəlik tələbat mallarının bölüşdürülməsində xüsusi rejim tətbiq olunmalıdır. Bununla eyni vaxtda əhali sakitləşsin deyə, milli valyutanın qorunacağına dair söz vermək yox, qanun qəbul etmək lazımdır”.

“Bizim xalqımız soyuqqanlı yox, emosionaldır. Biz Qarabağ uğrunda savaşda bəzi royonları ona görə itirdik ki, müəyyən daxili və xarici düşmənlər əhali arasında panika, təşviş yaratdı. İndi də eyni şeylər baş verir, amma başqa müstəvidə. Ona görə də inandırma yolu ilə əhalinin dollar alışının qarşısını almaq mümkün olmayacaq. Biz imkan verə bilmərik ki, o zaman torpaqlarımızı itirdiyimiz kimi, indi də ölkənin iqtisadiyyatını çökdürüb, onu defolt vəziyyətinə salsınlar. Əhali də bilməlidir ki, onlar kütləvi şəkildə dollar almaqla iqtisadiyyata ciddi ziyan vururlar və bank-maliyyə sektoru çöksə, onların dəyişdirdiyi dollar onların köməyinə çatmayacaq və biz ağır sınaqlarla üz-üzə qalacağıq”, - Q.Həsənquliyev fikrini tamamlayıb.

635x100

Şərhlər

AQAYEV 2020-03-16 07:32:56

Qüdrət müə.Sizinlə tam razıyam hər iki halda bu belədir.

OXUCU 2020-03-16 00:54:46

YALANÇININ EVİ YANDI HEÇ KƏS ONA İNANMADI

Oqtay 2020-03-15 19:43:04

Bəs görəsən ölkənin varını oğurlayıb xaricə daşıyanlar barədə niyə heçnə demirsən? Onlar barədə də bir yağlı qərar lazımdır..O oğruları hamı tanıyır YOU TUBE doludur elə AZ POLİTİKA da da tapmaq olar

Эttalet 2020-03-15 10:09:56

Şarhlar naden avtomatik verilmir?

Vətəndaş 2020-03-14 15:21:48

Yüz milyadlarla gəliri olan ölkədə devalvasiya olsa da əvvəlkilər kimi süni olacaq. Əslində bu qədər gəliri olan ölkənin elə bir ehtiyyat fondu olmalıdır ki milli manat keyfiyyətini itirməli deyil. Talançılar milyardları millətə xalqa atıblar, indi də yəqin ki çalışıb süni devalvasiyalarla manatın qiymətini öldürüb az xərclə bağlamaq istəyəcəklər. Yəni SSRİ dağılana yaxın 20000 rubl ssuda verirdilər. 20000-ə kənd yerində böyük bir ev tikmək olurdu. Götürənlər axırda SSRİ dağılandan sonra 2 şirvan ödədilər. Bu bir təbii proses idi. Ancaq bizi talayanlar süni yolla çalışacaqlar bunu etməyə. Yəni bir neçə miyon dollar dəyişib yüz milyonları bağlayacaqlar. Ancaq nə vaxtsa milyardların atıldığı kursla ola bilər ki oğrulardan soruşan olar? Yeni devalvasiya kasıb əhaliyə qarşı yeni bir xəyanət olacaq. Yoxsul ehtiyac içində yaşayan təbəqə daha da yoxsullaşıb dilənçi halına düşəcək. Və bunun da fəsadları ölkəmiz xalqımız üçün çox acınacaqlı ola bilər. (Xahiş edirəm bu yazını burada da və tez verin)

Köşgün Alik 2020-03-14 15:03:37

Müddətcə, digər ölkə varidatı kimi Qarabağı da geri ALINCA!

Son yazılar