Menu

Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır

14.03.2020, 15:54
Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır

Hazırda Ermənistanda COVİD-19 virusuna təsdiqlənmiş 15 halı var, xəstələrdən 1-də ağciyər iltihabı aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə “Facebook” səhifəsində səhiyyə naziri Arsen Torosyan yazıb.

O, daha 36 nəfəri müayinə etdiklərini, bunlardan 2-də müsbət nəticə çıxdığını bildirib.

Qeyd edək ki, Ermənistanda koronavirusa ilk yoluxma halı bu il martın 1-də qeydə alınıb. Yoluxanlar arasında İrandan və İtaliyadan qayıdanlar və onlarla təmasda olanlar, habelə 1 İtaliya vətəndaşı və Fransadan gələn şəxs var.

Şərhlər

t.ədalət 2020-03-14 20:05:28

Bu virusun hansı ölkədə artmasına sevinmək doğru deyil.Allahın dərdidir,erməni də tutulur,biz də..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol