İspaniya hökuməti koronavirusun yayılması ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Pedro Sançez məlumat verib.
Onun sözlərinə görə, fövqəladə vəziyyət martın 14-dən başlayaraq iki həftə davam edəcək.
İspaniyada koronavirusa yoluxanların sayı 6 000-ə yaxındır. Virusun qurbanlarının sayı isə 136 nəfərdir.


Şərhlər