Menu

Ronaldinyo türmədə oyuna çıxdı – 5 qol vurdu

14.03.2020, 20:29
Ronaldinyo türmədə oyuna çıxdı – 5 qol vurdu

Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo Paraqvay həbsxanasında futbol turnirinin qalibi olub.

Qol.az xəbər verir ki, finalda Ronaldinyonun komandası 11:2 hesabı ilə qələbə qazanıb. Əfsanəvi futbolçu bu matçda 5 qol vurub, 6 qolun isə ötürməsini edib.

Qalibə hədiyyə olaraq 16 kq.lıq donuz balası hədiyyə olunub.

Xatırıadaq ki, Ronaldinyo və qardaşı bugünlərdə Paraqvay ərazisinə saxta pasportla daxil olduğu üçün həbs edilib. Onların barəsində 6 aylıq azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol