Menu

“Fənərbağça” Konyada məğlub olub

14.03.2020, 23:04
“Fənərbağça” Konyada məğlub olub

Türkiyə Super Liqasında XXVI tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə üç oyun keçirilib.

Avrokuboklara vəsiqəni hədəfləyən “Alanyaspor” öz meydanında “Qaziantep”lə görüşüb. İlk yarıda rəqib qapısına yol tapan ev sahibləri üç xala yiyələniblər.

Turnir cədvəlindəki qonşular Dənizlidə üz-üzə gəlib. “Gənclərbiliyi”ni məğlub edən “Dənizlispor” rəqibindən uzaqlaşıb.

“Fənərbağça” Konya səfərinə çıxıb. İlk yarıda hesabı açan “Konyaspor” matçı 9 nəfərlə başa vurmasına baxmayaraq üstünlüyünü qoruya bilib.

Qeyd edək ki, tura martın 16-da yekun vurulmalıdır.

Türkiyə Super Liqası
XXVI tur
14 mart
“Dənizlispor” – “Gənclərbirliyi” – 1:0
Rodalyeqa, 54

“Alanyaspor” – “Qaziantep” – 1:0

Kaulker, 42

“Konyaspor” – “Fənərbağça” – 1:0

Bajiç, 41

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol