Yeni tip koronavirusdan müalicə olunmuş pasiyentlər ağ ciyərin funksiyasının ağırlaşmasından və sürətlə yeriyən zaman boğulmadan əziyyət çəkə bilərlər. Bu barədə Honkonqun tibb müəssisələrinən xəbər verirlər.
Belə nəticə 12 nəfərdən ibarət pasiyent qrupunun vəziyyətinin tədqiqinə əsaslanır. Şahzadə Marqaret infeksion mərkəzinin baçısı Ouen Tszenin xəbər verdiyi kimi, onlardan ikisi və ya üçü artıq əvvəllər etdikdəri bədən hərəkətlərini edə bilmirlər.
“Sürətlə yeriyən zaman onlar boğulurlar. Bəzi pasiyentlərdə ağ ciyərin funksiyasının 20-30 faiz aşağı düşməsi (sağalandan sora) müşahidə olunur” - deyə, “South China Morning Post” qəzeti həkimdən sitat gətirir.
Onun sözlərinə görə, bu pasiyentlər gələcəkdə müayinədən keçəcəklər ki, onların ağ ciyər funksiyasının nə qədər zəiflədiyi müəyyən edilə bilsin. Həm də ciyərin möhkəmləndirilməsi məqsədilə onlara fizioterapiya təyin olunacaq.
Pasiyentlərin ağ ciyərinin kompüter tomoqrafiyası analizinin nəticələri (Marqaret xəstəxanasında) daxil orqanların zədələnməsindən xəbər verir.
Bu zaman həmin xəstəxananın başçısı Ouen Tszen xəstəliyin ağ ciyərə təsiri hansı uzunmüddətli effektə səbəb ola biləcəyini izah edib. Mütəxəssislər müəyyən etmək niyyətindədirlər ki, COVİD-19 ciyərin fibrozuna səbəb ola bilirmi? Belə vəziyyətdə ağ ciyərin birləşdirici toxumalarıda xətlər əmələ gəlir ki, bu da orqanın normal işinə mane olur.
Həkim həm də tövsiyyə edib ki, müalicədən sonra evə buraxılan pasiyentlər ürək-damar sisteminin işini stimullaşdıran hərəkətlər etməlidirlər. Məsələn, ağ ciyərin bərpa olunması üçün üzmək lazımdır…


Şərhlər