Menu

İspaniya Baş nazirinin həyat yoldaşı koronavirusa yoluxub

15.03.2020, 10:17
İspaniya Baş nazirinin həyat yoldaşı koronavirusa yoluxub

İspaniya Baş Naziri Pedro Sançesin həyat yoldaşı Begonia Qomez koronavirusa yoluxub.

APA-nın “TASS”-a istinadla verdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Monkloa sarayında baş nazirə yaxın insanların qanı təhlil edilib: “Təhlillərin nəticəsində Baş nazirin həyat yoldaşı Begony Qomezin koronavirusa yoluxduğu aşkarlandı”.

Qeyd olunur ki, hazırda həm Qomez, həm də Baş nazirin vəziyyəti yaxşıdır. Onlar sarayda tibb işçilərinin nəzarəti altındadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol