Menu

MÜBARİZ MƏNSİMOV HƏBS OLUNUB – FETÖ istintaqı çərçivəsində... (Yenilənib)

15.03.2020, 13:01
MÜBARİZ MƏNSİMOV HƏBS OLUNUB – FETÖ istintaqı çərçivəsində... (Yenilənib)

Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov İstanbul prokurorluğunda istintaqı aparılan cinayət işi şərçivəsində həbs olunub.

 “AzPolitika” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri (sabah.com.tr) məlumat yayıb.

Məlumatda bildirilir ki, M.Mənsimov FETÖ istintaqı çərçivəsində gözaltına alınıb. Onun iş yerində və evlərində axtarış aparılıb.

Cinayət işinin təfərrüatı barədə məlumat verilmir.

***

"Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə saxlanılması xəbəri təsdiqlənib.

Bu barədə APA-nın yerli bürosuna M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib. O bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.

Türkiyə mətbuatının xəbərinə görə, onu Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

Şərhlər

Azad 2020-03-15 19:39:56

Onun quyusunu kim qazıb görəsən?

Cəmşid Dərələyəzli 2020-03-15 15:33:40

İnanılmaz. Amma bütün hallarda Türk yarğısına inanırıq. İnşallah ədalət öz yerini bular.

ejder 2020-03-15 12:45:35

yap cilar, gop cular sevinin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol