Menu

Sarkisyanın adamı Moskvada həbs olundu

15.03.2020, 00:24
Sarkisyanın adamı Moskvada həbs olundu

2008-ci ilin 1 mart hadisələrində baş vermiş ölümlərə görə axtarışda olan Ermənistan İstintaq Komitəsi rəhbərinin keçmiş müavini Vaan Arutyunyan Moskvada həbs edilib.

Bu barədə TASS agentliyi məlumat yayıb. Məlumata görə, hazırda Arutyunyanın Ermənistana ekstradisiyası məsələsi həll edilir.

Qeyd edək ki, 2008-ci ildə Ermənistanda prezident seçkilərindən sonra bir sıra etiraz aksiyaları keçirilib. Etirazçılarla hüquq-mühafizə orqanları arasında baş verən qarşıdurmalar zamanı ən azı səkkiz nümayişçi və iki polis atışma nəticəsində öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol