Menu

Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırdı

16.03.2020, 12:49
Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırdı

Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsi prosesini növbəti xəbərdarlığa qədər dayandırıb.

Bu barədə “Report”a diplomatik nümayəndəlikdən məlumat verilib.

Bildirilib ki, istisna yalnız diplomatik vizaların verilməsinədir.

Xatırladaq ki, bundan əvvəl Polşa səfirliyi də viza üçün sənədlərin qəbulunu dayandırmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol