Pik həddinin keçilməsindən sonra Çində koronavirusla xəstələnənlərin sayı azalmaqda davam edir. Bu barədə səhiyyə üzrə dövlət komitəsi xəbər verir.
Son məlumata görə, yoluxmuş 80,844 min nəfərin 66,9 min nəfərini sağaltmaq mümkün olub. Son günlər ərzində cəmi 20 yoluxma halı müəyyən olunub.
Son vaxtlar ölənlərin sayı az dəyişir. Şənbə və bazar günləri Uxan şəhərində 10 nəfər ölüb. Qurbanların ümumi sayı 3199 nəfərə çatıb.
Bu zaman gətirilən yoluxma hallarının sayı ayrıca sətirlə xatırladılır. Belə halların sayı daxili yoluxmalardan artıqdır. Son günlər ərzində 16 nəfər xaricdən gələnlərdə virus təsdiqlənib, onlardan 5 nəfəri Pekində qeydə alınıb.
Epidemiyanın ikinci «yuvası» Cənubi Koreyada gün ərzində 76 yeni yoluxma halı qeydə alınıb, 3 nəfər ölüb. Yoluxanların gündəlik artımı ilk dəfədir ki, fevralın 21-dən sonrakı 3 həftədə cəmi 100 nəfədən az olub. Ölkədə yoluxanların ümumi sayı 8162 nəfər, həlak olanların sayı isə 75 nəfərə çatıb.
Dünya üzrə yoluxmuşların sayı 132 min nəfəri keçib, 5 min nəfərdən artıq insan bu xəstəlikdən ölüb.
AzPolitika.info


Şərhlər