Menu

Ramiz Mehdiyev şöbə müdirini işdən çıxartdı

16.03.2020, 17:31
Ramiz Mehdiyev şöbə müdirini işdən çıxartdı

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) kadr təyinatı olub.

"Report" xəbər verir ki, bununla bağlı AMEA prezidenti Ramiz Mehdiyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Rzaqulu Hacıyev akademiyanın Kadrlar və hüquqi təminat şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Onun yerinə isə həmin şöbədə mütəxəssis vəzifəsində çalışan Elmira Əliyeva təyin olunub.

Faktı "Report"a AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Ağahüseyn Şükürov təsdiq edib.

Şərhlər

Meslehet 2020-03-16 18:26:31

Ramiz Mehdiyev, koronavirusdan ozunu qoru ve tezlikle chix pensiyaya, aqilli meslehete qulaq as. senin pula ehtiyacin yoxdur.......

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol