Tanınmış iqtisadçı-ekspert Qulu İbrahimli dövlət tərəfindən koronavirus epidemiyası ilə bağlı olaraq vergi ödəyicilərinə vergi və sosial güzəştlərin tətbiq olunması təklifi ilə çıxış edib.
“AzPolitika.info”-nun verdiyi xəbərə görə, ekspert bildirib ki, hökumətin koronavirusa görə yaranmış faktiki fövqəladə vəziyyətə görə vergi tətili və DSMF ödənişində güzəştlər nəzərdə tutması çox vacibdir: “Sahibkarlar, xüsusən fəaliyyəti iflic olmuş xidmət sektoru - təhsil, otel, restoran, əyləncə və s. çox pis vəziyyətdədir. Bayramqabağı işçilərə öz hesablarına məzuniyyət vermək və maaşsız qoymaq çox çətindir", - deyə Q. İbrahimli vurğulayıb.
“AzPolitika”


Şərhlər