Menu

Yuri Qaqarinin dul qadını vəfat edib - FOTOLAR

18.03.2020, 00:28
Yuri Qaqarinin dul qadını vəfat edib - FOTOLAR

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, planetin ilk kosmanavtı Yuri Qaqarinin arvadı Valentina Qaqarina çərşənbə axşamı ömrünün 85-ci ilində vəfat edib. Kosmanavların hazırlıq Mərkəzinin mətbuat xidmətinə istinadla, bu barədə xəbəri «TASS» agentliyi yayıb.

«Bu gün Valentina İvanovna Qaqarina vəfat edib» - deyə, mətbuat xidmətindən bildiriblər.

Valentina Qaqarina (qız soyadı - Qoryaçeva) 1935-ci il dekabrın 15-də Orenburqda doğulub. O, Orenburq tibb məktəbini bitirib və uçuşların idarə olunması Mərkəzinin laboratoriyasında işləyib.

Valentina Qaqarina (Qoryaçeva) 1957-ci il oktyabrın 27-də Yuri Qaqarinə ərə gedib. Ərinin həlak olmasından sonra, heç bir müsahibə verməyib. Amma dünyanın ilk kosmanavtına həsr olunan tədbirlərdə iştirak edib. Sonrakı illərdə Moskva ətrafındakı Ulduz şəhərciyində yaşayıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol