«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Braziliyada ilk pasiyent koronavirusdan ölüb.
«Globo» nəşrinin məlumatına görə, ölən 62 yaşlı kişi San-Paulu şəhərinin sakinidir. O, diabet və bəzi digər xəstəliklərdən əziyyət çəkirmiş.
Bundan əvvəl Braziliyanın prezidenti Jair Bolsonaru bəyan edib ki, sərhədləri bağlamayacaq. Belə ki, ölkə qanunları belə tədbirə icazə vermir. Ancaq təhlükəsizlik tədbiri qismində ölkədə insanların kütləvi toplaşdığı yerlərə getmək məhdudlaşdırılacaq.
Məlumata görə, Braziiyada koranovirusa yoluxmanın cəmi 301 halı qeydə alınıb. O cümlədən dövlət başçısı Bolsonaru da bu virusa yoluxub.
AzPolitika.info


Şərhlər