Menu

Bakı Ağır Cinayətlər Məhkəməsində qoruyucu maskadan istifadə məcburidir

18.03.2020, 11:08
Bakı Ağır Cinayətlər Məhkəməsində qoruyucu maskadan istifadə məcburidir

Bakı Ağır Cinayətlər Məhkəməsində qoruyucu maska və ya respirator taxmayan şəxslər məhkəmə zalına buraxılmır.

“Report”un xəbərinə görə, bu barədə məhkəmənin sədri Mahmud Nəbiyev göstəriş verib.

Məlumata görə, qoruyucu maskadan istifadə etməyən şəxslərin məhkəmə binasına buraxılmasına icazə verilmir.

Həmçinin məhkəməyə daxil olan şəxslərin də əllərinə spirt vurulur və daha sonra içəri buraxılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol