KORONAVİRUSDAN NECƏ QORUNAQ? - Həkim məsləhəti

Son günlər dünyanı cənginə almış Koronavirus bəşəriyyəti təşvişə salıb. Hamı bu təhlükədən necə qorunmaq barədə düşünür. Bəs Koronavirus nədir? Ondan necə qorunmaq olar? Bu suallara Nazirlər Kabineti yanında Operativ Qərargah hər gün açıqlamalarla aydınlıq gətirsə də yenə də təkrar biliyin anasıdır prinsipilə Baku Medical Plaza klinikasının həkimi, daxili xəstəliklər uzmanı Natəvan Məmmədova ilə danışıb onun fikirlərini də öyrənməyi vacib hesab etdik. N. Məmmədovanın Koronavirus və ona qarşı mübarizə haqqında məsləhətlərini təqdim edirik:

Coronavirus nədir?

Coronavirus üst tənəffüs yollarında infeksiyaya yol aça bilən viral faktorlardan biridir. İnfeksiyanın bir çox cəhətdən qripdən fərqləndirilməsi mümkün deyil.
Coronaviruslar, Coronaviridae ailəsinə mənsub viruslardır. Əsas olaraq 4 sinfə ayrılırlar: Alfa, Beta, Qama, Delta. İnsanlarda Coronavirusun səbəb olduğu xəstəlik spektrumu bəsit soyuqdəymədən ağır tənəffüs sindromuna ( Severe Acute Respiratory Syndrome, SARS) qədər dəyişiklik göstərə bilər. İnsan və heyvanlarda müxtəlif dərəcələrdə respiratuar, enterik, hepatik, nefrotik və nevrolojik tutulumla seyr edən klinikalara səbəb ola bilir. 31 dekabr 2019-da Çinin Vuhan şəhərində səbəbi bilinməyən pnevmoniya xəstələri bildirilmişdir, daha sonra 7 yanvar 2020-de daha öncə insanlarda aşkar edilməyən Coronavirus (2019-nCoV) olaraq tanıtdırıldı. Daha sonra 2019-NcoV xəstəliyinin adı COVID-19 olaraq adlandırılmışdır. COVID-19 virusu beta-coronavirus ailəsi içində yer alır.

Coronavirusun başlanğıc əlamətləri nələrdir?

Adətən, bəsit soyuqdəyməyə bənzər şəkildə, yüngül və orta dərəcədə üst tənəffüs yolu xəstəliyi olan insanları xəstə edə bilir. Coronavirusun simptomları arasında burun axıntısı, oskürək, boğaz ağrısı və daha az olmaqla baş ağrısı, bir neçə gün davam edən hərarət yüksəkliyi sayıla bilər. İmmun sistemi zəif olan yaşlılarda və çox cavan şəxslərdə pnevmoniya vəya bronxit kimi daha ciddi üst tənəffüs yolu xəstəliklərinə səbəb ola bilər. İnsanlarda ölümcül ola biləcək çox az Coronavirusu vardır.
SARS olaraq da bilinən Şiddətli Kəskin Tənəffüs Sindromu, digər tiplərə görə daha ciddi simptomlara səbəb olan digər bir Coronavirus növüdür. Dünya Səhiyyə Təşkilatına görə tənəffüs problemlərinə səbəb olmaqla birlikdə ishal, yorğunluq, nəfəs darlığı, böyrək çatışmazlığına səbəb ola bilir. Xəstənin yaşına bağlı olaraq, SARS ilə ölüm faizi 0-50% arasında dəyişməkdə olub, yaşlılar ən riskli qrupu təşkil edir.

Coronavirus necə yoluxur ?

Coronaviruslar heyvanlarla insan təmasından yayıla bilir. Coronavirusların insandan insana yoluxması, adətən, yoluxmuş bir insanın öskürmə, asqırma yolu ilə ortaya saçdığı damlacıqlarla, həmçinin xəstələrin təmas etdiyi səthlərdən, göz, ağız, burunun selikli qişası və əl ilə salamlaşma ilə yoluxa bilər. Coronaviruslar, ümumi olaraq xarici mühitə davamsız viruslar olmaqla yanaşı, COVID-19-un yoluxuculuq müddəti və xarici mühitə olan davamiyyəti dəqiq bilinmir.

Coronavirusun klinik Xüsusiyyətləri

İnfeksiyanın əsas əlamətləri, tənəffüs simptomları, qızdırma, oskürək, nəfəs darlığıdır. Daha ciddi xəstələrdə, pnevmoniya, ağır kəskin tənəffüs yolu infeksiyası, böyrək çatışmazlığı və hətta ölüm görülə bilər.

Coronavirusdan qorunma yolları

Coronavirus COVID-19 virus ailəsinə qarşı qorunmanı təmin edəcək peyvənd yoxdur.
Dünya Səhiyyə Təşkilatı aşağıdakı qorunma yollarının önəmli olduğunu bildirmişdir:

• Yoluxmuş şəxslərlə yaxın təmasdan qaçmaq
• Əl gigiyenasına diqqət etmək, müntəzəm olaraq əlləri ən az 20 saniyə sabın və su ilə yumaq, tibbi etil spirti tərkibli antiseptiklərdən istifadə etmək, xüsusilə xəstə şəxslərlə təmasdan sonra əlləri mütləq yumaq
• Əgər yoluxmusunuzsa, digər şəxslərlə məsafənin qorumaq
• Yoluxmuş şəxslərin toxunduğu səthləri dezenfeksiya etmək
• Ət, yumurta kimi heyvani qidaları yaxşı bişirmək
• Xəstə şəxslərin mümkünsə digər insanların sıx olduğu yerlərə girməməsi, əgər girmək məcburiyyətində qalarsa, ağız və burunu bağlamaq (mümkünsə tibbi maska ilə)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar