Menu

“Azərpoçt” koronavirusdan qorxmur? - Poçt şöbələrində zəruri profilaktik tədbirlər görülmür

19.03.2020, 09:06
“Azərpoçt” koronavirusdan qorxmur? - Poçt şöbələrində zəruri profilaktik tədbirlər görülmür

Az qala bütün dünyanı iflic edən koronavirus epidemiyasının Azərbaycanda önlənməsi üçün hökumət səviyyəsində müxtəlif önləyici, profilaktik tədbirlər görülməkdədir. Epidemiya iləəlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah fəaliyyət göstərir və demək olar ki, hər gün hansısa yeni qadağaların tətbiqi, profilaktik tədbirlərin görülməsinə dair məlumatlar verilir.

Lakin bununla yanaşı, əhalinin sıx toplaşdığı, bir-birilə təmasda olduğu elə yerlər var ki, orada indiyə qədər hər hansı profilaktik iş, qoruyucu tədbirlər aparılmayıb. Bunlardan biri də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin yerli şöbələridir.

Məlum olduğu kimi, martın 15-dən etibarən koronavirus epidemiyası ilə bağlı görülən tədbirlər çərçivəsində ölkədəki “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti dayandırılıb. Bundan sonra əhalinin onsuz da sıx-sıx üz tutduğu “Azərpoçt” şöbələrinə axını daha da çoxalıb.

Lakin apardığımız müşahidələr və yerli poçt şöbələrindən aldığımız məlumatlar onu deməyəəsas verir ki, bu qurumda koronavirusun profilaktikası sahəsində heç bir ciddi addım atılmayıb. Hətta bir çox özəl supermarketlərin girişindəəhalinin istifadəsi üçün dizinfeksiya vasitələri qoyulduğu təqdirdə, dövlət qurumu olan “Azərpoçt”un şöbələrində belə vasitələrə rast gəlinmir.

Şöbələrdə hər hansı dizinfeksiya işi görülmür, hansısa digər qoruyucu tədbirlər həyata keçirilmir. Nəticədə istər “Azərpoçt” əməkdaşları, istərsə də poçta müraciət edən sıravi vətəndaşlar ciddi təhlükə ilə üz-üzə qalır. Ancaq görünür, “Azərpoçt” rəhbərliyini bu durum qətiyyən narahat etmir.

Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargah dəfələrlə vətəndaşlara, sahibkarlara koronavirusla bağlı müxtəlif çağırışlar edib, epidemiya səbəbilə tətbiq olunan rejimə riayət edilməyəcəyi təqdirdə cərimələrin, hətta həbs cəzasının veriləcəyinə dair xəbərdarlıqlar yayıb. Yaxşı olar ki, belə xəbərdarlıqdan biri də xüsusi olaraq “Azərpoçt” rəhbərliyinə edilsin.

Cəlal

AzPolitika.info 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol