Menu

Siyavuş Novruzov: “Məhəbbət iki tərəfli olur..”

30.09.2014, 14:24
Siyavuş Novruzov: “Məhəbbət iki tərəfli olur..”

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov hakimiyyəti Avropanın üzərinə getməkdə ittiham edən müxalif deputata maraqlı cavab verib.

Lent.az-ın məlumatına görə, deputat həmkarı İqbal Ağazadə Milli Məclisi, hökuməti Avropanı həddindən artıq sərt tənqid etməkdə qınayıb.

Ona cavabında S. Novruzov qeyd edib ki, hakimiyyət Avropanın üstünə getmir, əksinə Avropa Azərbaycanın üstünə gəlir: “Əgər insan haqlarından danışılırsa, qaçqın və məcburi köçkünlərimiz də insandır. Onların da hüquqlarını müdafiə etmək lazımdır. Bundan sonra hansısa QHT-nin rəhbərləri ilə məşğul olarsız. Bu il bələdiyyə seçkiləri keçiriləcək. İnsanın seçmək və seçilmək hüququ var. Bir milyon qaçqınımız bu hüququnu itirir. Azərbaycan neçə ildir balanslı siyasət aparır və heç kimin qoltuğunun altına girmir. Biz hər bir ölkə ilə eyni səviyyədə müzakirələr aparırıq. Əməkdaşlıq bərabər şəkildə olmalıdır. Bilirsiniz, məhəbbət iki tərəfli olur. Bir tərəfli məhəbbətin fəsadları çoxdur, nəticəsiz qalır. Əgər yalnız bir tərəfdə məhəbbət varsa, qarşı tərəfdə bu məhəbbət olmazsa, buna münasibət demirlər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol