Menu

Koronavirusa yoluxanlar arasında bu qan qrupunun daşıyıcıları çoxluq təşkil edir

18.03.2020, 22:54
Koronavirusa yoluxanlar arasında bu  qan qrupunun daşıyıcıları çoxluq təşkil edir

Koronavirusa ən çox yoluxan insanlar ikinci qan qrupunun daşıyıcılarıdır. «Medrxiv» tibbi təqiqatlar müəssisəsinin saytında Çin alimlərinin dərc olunmuş məqaləsinə istinadla, bu barədə «RİA Novosti» agentliyi xəbər verir.

Əvvəlcə Uhanın 3694 sağlam sakinlərindən ibarət nəzarət qrupu yoxlanıb. Nəticədə, məlum olub ki, onların 33,84 faizi birinci qrup qan, 32,16 faizi ikinci qrup qan, 24,90 faizi üçüncü qrup qan, 9,10 faizi isə dördüncü qrup qan daşıyıcısıdır.

Ardınca, Uhanın, Şençjenin və Tszinintanın 3 xəstəxanasının virusa yoluxmuş 2173 pasiyenti yoxlanıb.

Nəticələr göstərib ki, onların 25,80 faizi birinci, 37,75 faizi ikinci, 26,42 faizi üçüncü, 10,03 faizi isə dördüncü qan qrupunun daşıyıcısıdır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol