Menu

Gürcüstanda bütün ticarət obyektləri bağlanır

19.03.2020, 21:55
Gürcüstanda bütün ticarət obyektləri bağlanır

“Gürcüstanda ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektlərinin bağlanması qərara alınıb”. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria xüsusi brifinqdə bildirib.

Onun sözlərinə görə, bank və poçt şəbəkəsi, yanacaq doldurma məntəqələri adi qaydada fəaliyyət göstərəcək.

G.Qaxaria deyib ki, hazırkı mərhələdə ölkədə fövqəladə vəziyyət elan etməyə ehtiyac yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol