Menu

İsrail casusu ABŞ-a qaytarıldı – Trampın bəyanatı

20.03.2020, 15:18
İsrail casusu ABŞ-a qaytarıldı – Trampın bəyanatı

ABŞ prezidenti Donald Tramp İsrail casusu Amir əl-Faxurinin Beyrut həbsxanasından buraxıldığını və ABŞ-a qayıtdığını açıqlayıb.

"Strateq.az" xəbər verir ki, Livan mənşəli ABŞ vətəndaşı əl-Faxuri hərbi cinayətlərə görə məhkum olunub. O, 1980-ci illərdə Livanın cənubundakı həbsxanalarda İsraillə əməkdaşlıq edərək məhbuslara verilən işgəncələrdə iştirak edib və “əl-Xəyyamın qəssabı” ləqəbi ilə tanınıb.

Əl-Faxuri həbsdən azad edildikdən sonra helikopterlə Beyrutdakı ABŞ səfirliyinə çatdırılıb və daha sonra Birləşmiş Ştatlara yola salınıb.

Livanın “Hizbullah” hərəkatı hökumətin əl-Faxurinin azad edilməsi barədə qərarı ABŞ-ın təzyiqi və təhdidləri altında verdiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol