Koronavirusun ən təhlükəli əlaməti budur

Koronavirus infeksiyasının ağır forması qızdırma, öskürək və tənəffüs çatışmazlığı ilə xarakterizə olunur.

Bu barədə RT-yə açıqlamasında rusiyalı həkim, Moskvada 40 nömrəli kliniki xəstəxananın baş həkimi Denis Protsenko məlumat verib.

O bildirib ki, ən təhlükəli əlamət tənəffüs çatışmazlığıdır və arterial qanda oksigenin miqdarının azalması səbəbindən ortaya çıxır.

“Ağciyər toxumaları virusa görə çox geniş həcmdə zədələnir və beləliklə də, əsas funksiyasını - oksigenin xaricdən qana ötürülməsini dayandırır”, - deyə o bildirib.

Protsenko qeyd edib ki, əksər xəstələrdə koronavirus “parasetamol”un qəbulu ilə öz-özünə keçir.

İnterAz

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar