Menu

Türkiyədə koronavirusdan ölənlərin sayı 21-ə çatıb

22.03.2020, 00:13
Türkiyədə koronavirusdan ölənlərin sayı 21-ə çatıb

Türkiyədə yeni növ koronavirus infeksiyası daha 12 nəfərin ölümünə səbəb olub, bununla da ölənlərin sayı 21 nəfərə çatıb.

APA “Anadolu”ya istinadla xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, gün ərzində 277 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 947-yə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol