Menu

Ramiz Mehdiyevə qarşı təxribat

22.03.2020, 00:50
Ramiz Mehdiyevə qarşı təxribat

“Facebook” sosial şəbəkəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin adına saxta hesab açılıb və müxtəlif paylaşımlar edilib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin açıqlamasında bildirilir.

AZƏRTAC-a daxil olan açıqlamada deyilir ki, profil saxta olduğu üçün orada edilən paylaşımlar, o cümlədən Mübariz Mənsimovla bağlı şəkillər paylaşılaraq onun azad olunması barədə edilən çağırışlar da həqiqəti əks etdirmir.

“Qeyd edilənlərin uydurma olduğunu şəbəkə istifadəçilərinin, həmçinin bütün Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırırıq”, - deyə açıqlamada vurğulanır.

Şərhlər

Taleh Vəzirov 2020-03-22 16:14:06

Ramiz Mehdiyevin aölı olsa pensiyasına razılaşıb pensiyaçı həyatı yaşayardı.Ona vəzifə lazım idimi?.İllərlə yığdığı rüşvət ona daha 100 il yaşamaya bəs edədi.r.o

Oxucu 2020-03-22 00:59:20

Niyə tədbir görülmür? Hüquq-mühafizə orqanları niyə yatırlar? Niyə bu işi görmüş tərbiyəsiz tapılıb, həbs olunmur? Bütün ömrünü Azərbaycanın dövlət quruculuğuna həsr etmiş, milli lider Heydər Əliyevin ən yaxın silahdaşına bu cür hörmətsizlik etmək olmaz!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol