Menu

Gürcüstanda 9-cu pasiyent koronavirusdan sağaldı

24.03.2020, 11:07
Gürcüstanda 9-cu pasiyent koronavirusdan sağaldı

Gürcüstanda koronavirusa yoluxan daha bir nəfər sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından bildirilib.

Pasiyent artıq xəstəxananı tərk edib.

Klinikadan qeyd olunub ki, bir neçə pasiyentin də infeksiyadan sağalacağı gözlənilir.

Bununla qonşu ölkədə koronavirusdan sağalanların sayı 9-a çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol