Menu

Nobel laureatı da koronavirusa yoluxdu - 82 yaşı var

24.03.2020, 14:04
Nobel laureatı da koronavirusa yoluxdu - 82 yaşı var

Dünyanı bürüyən koronavirus epidemiyası Nobel Sülh Mükafatı laureatı Martti Ahtisaariyə də bulaşıb. “AzPolitika.info” xəbər verir ki, bu barədə Qərb KİV-ləri Finlandiya prezidentinin rəsmi saytına istinadla məlumat yayıb. 

1994-2000-ci illərdə Finlandiyanın dövlət başçısı olmuş 82 yaşlı Ahtisaarinin koronavirusa həyat yoldaşından yoluxduğu bildirilir.

Məlumatda deyilir ki, sabiq prezidentin və həyat yoldaşının testləri pozitiv çıxsa da, onlar özlərini yaxşı hiss edirlər və heç bir şikayətləri yoxdur. Testin nəticələrinin martın 23-də məlum olduğu bildirilir.

Xatırladaq ki, M.Ahtisaari 1965-ci ildən başlayaraq, Finlandiyanın XİN sistemində müxtəlif yüksək diplomatik vəzifələr tutub, 1994-2000-ci illərdə ölkəyə rəhbərlik edib. Uzun illər dünyanın müxtəlif nöqtələrində baş verən münaqişələrin aradan qaldırılmasında vasitəçi kimi çox fəal iştirak edib. 

Nobel Sülh Mükafatına isə Kosova münaqişəsinin tənzimlənməsində iştirakına görə layiq görülüb. Məhz 2005-ci ildə BMT-nin baş katibinin Kosovodakı xüsusi nümayəndəsi təyin olunan Ahtisaarinin planı əsasında bölgədəki münaqişə sona çatdırılıb və Kosova müstəqillik qazanıb. Buna görə, Ahtisaariyə 2008-ci ildə Nobel Sülh Mükafatıl verilib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol