Birləşmiş Millətlər Təşkilatının(BMT) Baş katibi Antoniu Quterriş kornavirusun yayılması səbəbilə, planetin bütün bölgələrində atəşi dayandırmağa çağırıb. Xüsusi bəyanat BMT-də akkreditasiya olunmuş jurnalistlərlə keçirilən videkonfrans zamanı səslənib.
«Mən, dünyanın bütün bölgələrində atəşin ləngimədən dayadırılmasına çağırıram. Silahlı münaqişələrin yoluna sədd çəkməyin və birlikdə diqqətin gerçək təhlükəylə mübarizəyə yönəldilməsinin vaxtı çatıb. Mən döyüşən tərəflərə səslənirəm: hərbi fəaliyyəti dayandırın, inamsızlığı və düşmənçiiyi bir tərəfə qoyun, topları susmağa məcbur edin, artilleyriya atəşlərini, aviazərbələri dayandırın» - deyə, Quterriş çağırış edib.
AzPolitika.info


Şərhlər